Logo

Ukrayna Donbas sakinlərinin Rusiya seçkilərində iştirakına etiraz etdi

Ukrayna Donbas sakinlərinin Rusiya seçkilərində iştirakına etiraz etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Xarici İşlər Nazirliyi Donbasda yaşayan Rusiya vətəndaşlarının sentyabr ayında Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirakına etiraz edib.

Sfera.az xəbər verir ki, bu barədə departamentin rəsmi saytında məlumat yayımlanıb.

Diplomatların fikrincə, Rusiya pasportları region sakinlərinə "məcburi qaydada" verildiyindən hakimiyyətin bu məsələyə dair qərarı qeyri-qanunidir.

"Atəşkəs rejiminin müntəzəm surətdə pozulması səbəbindən münaqişə bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşdiyi bir zamanda Rusiya Federasiyasının son hərəkətləri xüsusilə qəbuledilməzdir”,- deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyi, Krım və Sevastopol ərazisində səsvermənin keçirilməsini qanunsuz sayır və bu prosedurun yarımadanın işğalı səbəbindən beynəlxalq hüquqa zidd olduğuna inandığını bildirir.

"Beynəlxalq ictimaiyyəti Rusiyanın bu addımını qınamağa, bu seçkilərin nəticələrini tanımamağa çağırırıq", - deyə nazirlik əlavə edir.

Qeyd edək ki, Rusiya pasportunun sadələşdirilmiş qaydada alınması proseduru başlayandan bəri qondarma Donbas respublikaları - DXR və LXR-nın  611 min sakini həmin prosedurdan yararlanıb. Rusiya qanunlarına görə onların  hamısı seçkilərdə iştirak etmək hüququna malikdir. 2021-ci ildə onlar  üçün  səsvermə elektron formatda təşkil ediləcək.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR