DSX: Sərhəd pozucularından 20 kq narkotik götürülüb - FOTO

DSX: Sərhəd pozucularından 20 kq narkotik götürülüb - FOTO
 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən məlumata görə, 2 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası "həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib, nəticədə sərhəd pozucularından biri  Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd "Metadon”, 100 ədəd "Glibotex”, 210 ədəd "Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...