DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət etdi
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Sfera.az-a daxil olan müraciətdə deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.
Bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:
Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair
Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi "ASAN xidmət” mərkəzlərində;
Xaçmaz rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Xaçmaz regional miqrasiya idarəsində;
Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Mingəçevir "ASAN xidmət” mərkəzində qəbul ediləcək.
Həmçinin giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: