Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi

Deputatlıqda 7-ci “kruq”a hazırlaşan Madər Musayev də “Facebook”a gəldi

Deputatlıqda 7-ci "kruq”a hazırlaşan Madər Musayev də "Facebook”a gəldi…

Milli Məclisin dəyişməz üzvlərindən olan Madər Musayev sovetdən qalma deputatdır. Sovetdən qalma dedikdə, nə onun yaşını, nə də sovet təfəkkürünü nəzərdə tutmuram. Adam sözün birbaşa mənasında sovet dövründən qalma deputatdır.

O, ilk dəfə 1990-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. Bilmirəm, lətifədir, ya həqiqət, deyilənə görə, Məşədi Əzizbəyovun nəvəsi Püstəxanım Əzizbəyova 4 dəfə rəsmi ərə gedib. 5-ci cəhdində yenidən 1-ci əri ilə təzədən ailə quranda, xanımın 3-cü əri 2-ciyə zəng vurub, "Hazırlaş, Püstəxanım "2-ci kruq”a gəlir”.

Bu həqiqi, yaxud uydurulmuş əhvalatı elə-belə xatırlatmadım. Deyəsən, yaşı və səhhəti imkan versə, Madər Musayev deputatlıqda 10-cu "kruqa” da çıxar.

Maraqlıdır ki, 73 yaşlı rekordçu deputat digər gənc namizədlər kimi, həmkarlarının dili ilə desək, "bekar adamların yığışdığı” sosial şəbəkədə də peyda olub. Ciddi fiqurlar kimi özünü reklama da qoyub, platformasını təbliğ edir.

Madər Musayevin Vikipediyası məlumatına baxıram. Deməli, 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar” ticarət mərkəzinin müdiri olub. Karyerasına baxdıqda, ancaq yüksəlişdə olduğu görünür. Satıcı şagirdindən, ta mağaza müdirliyinə qədər yüksəlib.

Deputatlıqda 7-ci "kruq”a hazırlaşan Madər Musayev də "Facebook”a gəldi:

Ancaq bu "yüksəliş”i nədənsə, parlamentdə davam etdirə bilməyib. Satıcı karyerasını nəzərə alsaq, əslində, Madər Musayev hazırda ikiqat spiker olmalıydı. Bu üzdən onun deputat karyerasını uğursuz saymaq olar. 73 yaşında 7-ci dəfə namizəd olan Madər Musayev bəlkə də, uğurlu satıcı stajı kimi, deputat karyerasını da pikə qaldırmaq istəyir.

Kim bilir, bəlkə də buna nail oldu. 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən "Favorit” namizəd ancaq onun özü ola bilər. "Favorit” deyəndə, məlum mağazalar şəbəkəsi ağlımın ucundan belə keçmədi. Özü daş atıb başını tutur ki, mənlik deyil, ancaq kaş mənim olaydı.

Madər Musayevin seçki sloqanı isə belədir: "Etimadınızı doğruladını seçin”. Əla sloqandır, düz deyir, məhz etimadınızı doğruladını seçin!pia.az


OXŞAR XƏBƏRLƏR

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...