No Image
No Image

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib - FOTOLAR

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların növbəti buraxılış mərasimi keçirilib - FOTOLAR
İyunun 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2021-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın dövlət himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov çıxış edərək əlamətdar gün münasibətilə Müdafiə naziri və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Liseyin məzunlarına yaxa nişanı, fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunduqdan sonra, məktəbi ən yüksək nailiyyətlərlə bitirən məzun kursant Nicat Qayıbov emblemi rəmzi yaş kötüyünə vurub.

Daha sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edildikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Buraxılış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ATV-nin aparıcısının toyu oldu - FOTOLAR

ATV-nin aparıcısı Fərid Rəsulun toyu olub. Sfera.az xəbər verir ki, toy Neftçalada baş tutub. Pandemiyaya görə toylara qoyulan qadağaları nəzərə ala...

Şirvanda “patı” əməliyyatı: Beş nəfər saxlanıldı - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan "patı”və "şüşə” adlan...

Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirdi - FOTO

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə tərəfindən Qobustan Gənclər Mərkəzində fərdi vətəndaş qəbulu keçirilib. ...

Toyuna 1 həftə qalmış avtomobil qəzasında həlak olan gəncin FOTOLARI

Bu gün Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisind...

Prezident Goranboyda avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında işt...

Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Preziden...