Leysan, dolu, sel... - Bu tarixlərlə bağlı RƏSMİ XƏBƏRDARLIQ!
Növbəti iki gündə bəzi rayonlara leysan yağacaq. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı,