Aliment fondu nədir, necə fəaliyyət göstərir, Azərbaycanda yaradıla bilərmi? - AÇIQLAMA
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Təbii ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, bəzi səbəblərdən maddi sıxıntılar çəkməyə məcbur olurlar. Belə ki, bəzən valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Belə olan halda alimentin alınması mümkün olmur və övladını tək böyüdən valideyn üçün çətinlik