Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. Sfera.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib. Bu mərhələdə şəhərə 34 ailə - 129 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika