Azərbaycanda yeni cərimələr TƏTBİQ OLUNACAQ
Qeyri-hökumət təşkilatlarına (QHT), o cümlədən xarici QHT-lərə Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələrin nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək. Sfera.az APA-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif olunan - 598.8-1-ci maddəsində əksini tapıb. Layihəyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət