Sürücülər üçün növbəti imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün fevralın 13-də imtahan keçirəcək. Sfera.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 513 (taksi – 1 439, yükdaşıma – 63, operator – 11) nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6