Baku ID 2025 yekunlaşdı- Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi
19–20 iyun tarixlərində Bakıda keçirilən Baku ID 2025 innovasiya festivalı uğurla başa çatdı. “Qafqazinfo” xəbər verir ki, “The Regional Nexus” mövzusuna həsr olunmuş builki tədbir, iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək, Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirdi. Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı