Abşeron çimərliklərində gözlənilən HAVA
İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.