2 əsrlik Əlifba mücadiləmiz
Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey” yazıları olmuşdur ki, bu yazılarla qədim türk tarixinin əvəzsiz əsərləri olan “Gültəkin”, “Mogilyan xan” və “Tonyukuk” kitabələri türkdilli tayfaların bədii zövqünü, dini-mifoloji görüşlərini, türk düşüncəsinin ideya-mövzu qaynaqlarını günümüzə gətirib çatdırmışdır. Danimarkalı alim V.Tomson, rus alimləri V.V.Radlov, P.M.Melioranski, S.Y.Malov,