Sabah dəniz suyunun temperaturu necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az- a verilən xəbərə görə, avqustun 18-də mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.