Azərbaycanda yeni məktəblər tikiləcək
Azərbaycanda yeni məktəb binalarının tikintisi ilə bağlı müvafiq işlərə başlanılır. Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, respublika üzrə 2 məktəbəqədər, 17 tam orta məktəb binası tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq. Belə ki, Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerlik texniki və təbiət elmləri liseyinin layihə-smeta sənədləri hazırlanacaq. Eyni zamanda Sumqayıt şəhər 27 nömrəli 1416 şagird yerlik, Xaçmaz rayonu, Hacəlibəy kənd