İctimai nəqliyyatla bağlı YENİLİK – Gələn ildən etibarən...
2026-cı ilin dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 155,0 milyon manat təşkil edəcək. Sfera.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, həmin vəsait Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müəyyən olunmuş tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm