Şahdağa 5 sm qar yağdı
Ölkəmizdə müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli və intensiv olub. Dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Şahdağda 5, Qrız və Xınalıqda 4 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 35, Qobustanda 29, Şirvanda 22, Neftçalada 17, Sabirabadda 15, Şamaxıda 13, Cəlilabad, Biləsuvarda 11, Şabran,