Qışda bu geyimlər isti tutur - ARAŞDIRMA
Qış aylarında havaların kəskin soyuması insanları daha qalın və isti geyimlərə üstünlük verməyə məcbur edir. Adətən geyim seçərkən parça növü və qalınlıq əsas meyar hesab olunur. Lakin son illər “geyimin rəngi də istiliyi qoruyurmu?” sualı da maraq doğurur. Sfera.az -ın məlumatına görə, araşdırmalar göstərir ki, bu sualın elmi əsası var. Mütəxəssislərin fikrincə, geyimin rəngi günəş şüalarının udulmasında mühüm rol oynayır. Tünd rənglər, xüsusilə qara, tünd göy, tünd yaşıl və qəhvəyi tonlar