Dörd ildən bir hesablanma: Pensiyaçıların gəlirlərində dəyişiklik gözlənilir
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasında artımlara səbəb olacaq. Mövcud qanunvericiliyə görə, bu, altı ildən bir olmaqla ümumilikdə iki dəfə hesablanır. Maraqlıdır, görəsən, sözügedən təklif qəbul olunarsa, hansı sahədə çalışan