Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir
Paytaxtda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə obyektlərin inşası və bərpası, ölkədə aparılan genişmiqyaslı islahatlar uşaqların hüquqlarının müdafiəsi, habelə onlar üçün keyfiyyətli xidmətlərin, bərabər imkanlara əsaslanan mühitin, sağlam, təhlükəsiz şəraitin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, ictimai münasibətlərin inkişafı müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac