Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Cəmiyyət
Sosial məsələlər, kommunal və nəqliyyat, şəhər həyatı və vətəndaşları narahat edən mövzular.
1 fevral, bazar
Faktiki hava şəraiti açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir. Xidmətdən Sfera.az-a bildirilib ki, küləyin maksimal sürəti arabir Yardımlıda 21, İsmayıllı və Qobustanda 20, Lerikdə 19, Kəlbəcər, Zəngilan və Daşkəsəndə 18, Gədəbəydə 16, Şəkidə 15 m/s-yə çatır.
19:33
Fevralın 3-dən 7-dək...
- Alimlərdən XƏBƏRDARLIQ
Bu gün Günəşdə ən yüksək sinfə aid - "X" səviyyəli güclü alışma qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata görə, qarşıdakı günlərdə bu partlayışların Yerə təsirləri olacaq. "Partlayış mərkəzi fevralın 3-ü, çərşənbə axşamından fevralın 7-si, şənbə gününə qədər Yerə birbaşa təsir zonasında olacaq", - deyə bildirilib. Qeyd edilib ki, bu dövrdə Günəşdəki aktivliyin Yerə
19:02
Azərbaycan "qocalır": Uşaq sayı azalır, yaşlılar artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda son 35 ilin ən aşağı doğum göstəricisi qeydə alınıb. Sfera.az bildirir ki, belə ki, 2025-ci ildə ölkədə təxminən 81 min uşaq doğulub ki, bu da Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən bəri ən aşağı göstərici hesab olunur. Sözügedən statistika sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər doğum səviyyəsinin kəskin azalmasının cəmiyyətin sürətlə qocalmasına, işçi qüvvəsinin azalmasına, pensiya
17:27
Sabahın havası bu şəxslər üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, fevralın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
16:19
Fevralın 2-si ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil yollarında fevralın 2-də müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
13:45
Zəkiyyə Kərimova vəfat etdi -
FOTO
Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova vəfat edib. Sfera.az bildirir ki, bu barədə "Yeni Sabah" onun yaxınları məlumat verib. Muzey direktoru uzun sürən xəstəlikdən dünyasını dəyişib. Məhrum bu gün Bakıda dəfn olunacaq. Qeyd edək ki, Kərimova Zəkiyyə Abbasəli qızı 1959-cu ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Ardanış kənd orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət
13:35
Güclü külək olacaq, qar yağacaq
-
SABAHIN HAVASI
Fevralın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz
12:37
Dəhşətli soyuqlar gəlir: hava kəskin dəyişəcək
İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Sfera.az xəbər verir ki, məlumata görə, fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir. Bu durum fevralın 4-dək davam edə bilər. Açıqlamada deyilir: “İstanbul başda olmaqla Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına
11:25
2 fevralda iş olmayacaq?
2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş və iş günü olan bayramlar olaraq iki yerə bölünür. Gənclər Günü isə qeyri-iş günləri siyahısına daxil edilməyib. Bu səbəbdən 2 fevral iş günü hesab olunur.//Mətbuat.az
00:19
31 yanvar, şənbə
Azərbaycanda 100-dən çox şəxs saxlanıldı
Azərbaycanda axtarışda olan 120 nəfər yanvarın 30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd olunub ki, həmçinin ötən gün borclu şəxs qismində axtarışda olan 76 nəfər də saxlanılıb.
23:45
Fevralın 1-i ilə bağlı XƏBƏRDARLIQ
Ölkənin avtomobil yollarındakı vəziyyət açıqlanıb. Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 1-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
19:17
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Bu gecədən etibarən Azərbaycanda qışın ən sərt dövrü kimi tanınan Kiçik çillə başlayır. Dekabrın 20-də start götürən və 40 gün davam edən Böyük çillə yanvarın 31-də başa çatır və öz yerini Kiçik çilləyə verir. Sfera.az bildirir ki, xalq təfəkküründə bu iki çillə fərqli xarakterlərlə obrazlaşdırılır. Onlar bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük çillə daha mülayim, səbrli və sakit təbiətli hesab edildiyi halda, Kiçik çillə sərt, qəzəbli, çovğunlu və daha çətin keçən dövr
19:08
İşə getmədən də maaş ala bilərsiniz - Yalnız bu halda
“İşə getmədinsə, maaş da yoxdur” düşüncəsi cəmiyyətdə uzun illərdir dəyişməz bir qayda kimi qəbul olunu Bu isə ictimaiyyətdə haqlı suallar doğurur: İşə getmədən əmək haqqı almaq mümkündürmü? Sfera.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu məsələyə aydınlıq gətirən konkret müddəalar mövcuddur. “Məcəllənin 230-cu maddəsinə əsasən, işçilərin təqsiri olmadan müəssisələrdə və ya iş yerlərində
18:39
Etibarnamə ilə torpaq alanların nəzərinə
Azərbaycanda 99 illik istifadə (icarə) hüququ torpaq üzərində mülkiyyət deyil, torpaqdan yalnız təyinatı üzrə uzunmüddətli istifadə hüququ yaradan hüquqi mexanizmdir. Bu hüquq əsasən dövlət torpaqlarına şamil olunur və torpaq dövlət balansında qalır. Müqavilə şərtləri pozulduqda, torpaq təyinatı üzrə istifadə edilmədikdə və ya dövlət ehtiyacları yarandıqda, hətta 99 illik istifadə hüququ mövcud olsa belə, torpaq geri alına bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlar uzunmüddətli investisiya
18:17
Xəzər çəkildi, qəbirlər üzə çıxdı — 2040-cı ilə qədər... (FOTO)
Xəzər dənizinin səviyyəsinin azalması son illər ictimaiyyətdə ciddi narahatlıq doğurur. Lakin alimlərin və tarixi mənbələrin araşdırmaları göstərir ki, bu proses yeni deyil və Xəzər dənizi tarix boyu səviyyəsini dəfələrlə dəyişib. Dənizin səviyyəsində baş verən bu dəyişikliklər onun təbii inkişaf dövrünün ayrılmaz hissəsidir. Sfera.az bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsi tarix boyu
17:51
Bu 3 şöbə müdiri də işini itirdi
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib. Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib. Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər. Yeni yaradılan
16:44
Məktəblilərin qış tətili sabah başa çatır
Sabah ümumi təhsil müəssisələrində qış tətili başa çatır. Sfera.az xəbər verir ki, beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edib. 5 gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil edilib.
16:02
Bu sənəd yoxdursa, əsgərliyə aparacaqlar
— Səfərbərlik Xidmətindən XƏBƏRDARLIQ
Doktorantura təhsilinə başlayan və qanunvericiliyin verdiyi imkanlardan yararlanaraq hərbi xidmətdən möhlət hüququ qazanan vətəndaşın qarşısına şərt qoyulub. Demokrat.az-ın redaksiyasına müraciət edən vətəndaş qeydiyyatda olduğu müvafiq qurum tərəfindən ondan işsizlik haqqında arayış tələb edildiyini, bu tələbin hüquqi əsaslarının qaranlıq qaldığını bildirib. Sfera.az bildirir ki, məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.
14:17
İcra başçısı vəzifəsindən niyə azad olunub?
– Qaradağın deputatından AÇIQLAMA
Qaradağ rayonunun deputatı Aydın Hüseynov rayon icra hakimiyyətinin başçısı Süleymanov Mikayılovun vəzifəsindən azad edilməsinə münasibət bildirib. Sfera.az bildirir ki, A.Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, icra başçısının vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Prezidentimizin səlahiyyətləri çərçivəsindədir. Deputat xatırladıb ki, ötən ilin noyabr ayında rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslər korrupsiya əməllərinə görə həbs
13:59
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
2 Fevral - Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, həyata keçirilən məqsədyönlü dövlət siyasətinin bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar açıb və bu strategiya ölkənin uğurlu gələcəyinin əsas təminatına çevrilib. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın strateji
13:18
Bu marşrutlarda gedişhaqqı 50 qəpik olacaq
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. Sfera.az xəbər verir ki, AYNA-dan verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun "Neftçilər" stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar
13:14
Bakıda hava bu tarixdə kəskin dəyişir:
Qar yağacaq
Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Sfera.az xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq. Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda
12:57
Azərbaycanda toy etmək çətinləşir -
Ailələr başqa çıxış yolu axtarır
Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər. Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar? Sfera.az xəbər verir ki, “Globalinfo.az”a danışan iqtisadçı
11:02
Azərbaycanda vəkillərin sayı açıqlandı
Hazırda Azərbaycanda aktiv fəaliyyət göstərən vəkillərin sayı 2706 nəfərdir. Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası üzvlərinin konfransı zamanı məlumat verib. Onun sözlərinə görə, vəkilliyə test üsulu ilə qəbul 2004-cü ildən tətbiq olunur: "2004-2018-ci illər ərzində cəmi beş, son üç ildə isə altı yazılı test imtahanı keçirilib. Ümumilikdə son səkkiz il ərzində bu rəqəm 16-ya çatıb. Bu imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan
10:27
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›