Azərbaycanda 6 bağlanmış bankın əmlakları hərraca çıxarılır
Martın 4-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Atabank", "Gəncəbank", "Yunayted Kredit Bank", "NBCBank", "Günaybank", "Muğanbank", martın 11-də "Muğanbank", martın 18-də isə "NBCBank" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. Sfera.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv metrlik