Bu gün işdən 1 saat tez çıxacağıq
Bu gün Azərbaycanda qısa iş günüdür. Sfera.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günüdür. Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir. Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və