İsmayıllının mədəni həyatında yenilik - “İsmayıllı” jurnalının təqdimatı keçirilib
İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisə baş verib. Sfera.az xəbər verir ki, rayonda ilk dəfə nəşr olunan “İsmayıllı” jurnalının təqdimat mərasimi keçirilib. “İsmayıllı” jurnalı rayonun qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, çoxmillətli həyat tərzini, eləcə də geniş turizm potensialını əks etdirən dəyərli nəşr kimi təqdim olunur. Jurnalda həmçinin İsmayıllının füsunkar təbiəti, ekoturizm imkanları, tarixi abidələri və qonaqpərvərliyi geniş şəkildə