Anar Tahirov Qubadlıdan yazır... - FOTOLAR/VİDEO
Nəhayət ki, qovuşduq. Düz 29 il sonra. Deyirlər ki, hicran uzun olduqca vüsal şirin olur. Amma vüsal mənə o qədər də şirin gəlmədi. Baxmayaraq ki, bu vüsal gününü, bu vüsal anını düz 29 il gözləmişdim. Bəlkə də 29 illik həsrətin içimdəki yanğısı sevinci də qovurmuşdu. Ona görə də doğma Qubadlıya qəribə hisslərlə gedirdim. Horadiz şəhərini keçəndən sonra qət etdiyimiz 89 kilometrlik məsafədə gördüklərim də sevincimin üstünə su səpmişdi. Yol yoldaşlarım, jurnalist həmkarlarım Vasif Həsənli, Samir