Çimərliyə ailəsi ilə gedənləri təhqir edən Təyyar Hüseynli Prokurorluğa çağırıldı
Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir. Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini