Vüsalə Əlizadə faciəli şəkildə həlak olan qardaşından YAZDI: "Yaxşı deyilik..." - VİDEO
Aparıcı Vüsalə Əlizadə ötən il faciəli şəkildə həlak olan qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib. Sfera.az xəbər verir ki, o, paylaşımında qardaşının ölümü ilə barışa bilmədiklərini ürək ağrısı ilə qeyd edib. "15.08.2021. Tam dibə batdığım, param-parça olduğum, amma qanayan yaramı qürurumla möhkəm sarıb davam etdiyim qara gün! Hesabatım var sənə qaragözlüm, ucaboylum, yaraşığına qurban olduğum, sənsiz bir il. Biz yaxşı deyilik, amma yaxşı görünürük,