Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti
Avqustun 28-i muğam ustası, yanıqlı ifaları ilə yadda qalan, sovet dönəmində belə səsində Cənubi Azərbaycan həsrətini yaşadan Xalq artisti Rübabə Muradovanın anım günüdür. Sfera.az xəbər verir ki, Lent.az “Bir ulduz axdı” layihəsi çərçivəsində bu dəfə onun ömür yoluna nəzər salacaq. O yanıqlı səsdə yarım qalmış sevgilərin harayı var idi. Rübabə oxumurdu, öz təzadlı taleyinə, axtarıb tapa bilmədiyi qadın səadətinə ağı deyirdi. Həm ağlayırdı, həm də ağladırdı. O, “içi özünü, çölü özgələrini”