Beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub
Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Bu barədə Sfera.az-a qurumdan bildirilib. Məlumata görə, bunlar 36, 123, 134, 183 və 193 nömrəli müntəzəm marşrut xətləridir. Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi