Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?
"Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir". Sfera.az xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80 faiz arasında dəyişir,