Nadir Qafarzadə şikayətləndi: “Əvvəllər kilo ilə alırdım, indi qramla”
Son aylar Azərbaycan bazarlarında qiymət artımı müşahidə olunur. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin surətlə artması əhali arasında narazılığa səbəb olur. Əvvəllər qiymət artımları ilə adətən, bayramlar ərəfəsində rastlaşırdıqsa, indi bu artımlar hər ay, bir sıra məhsullarda isə demək olar ki, hər həftə, hətta hər gün baş verir. Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə son aylarda evinə çox az ərzaq aldığını açıqlayıb.