ƏƏSMN mənzillərin onlayn satışına başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq. Bu barədə Sfera.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, satış Nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək. Portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi,