“Vasif Talıbova dərs demişəm, oxumurdu” - VİDEO
“Vasif Talıbov kimi insanlarla çox məsafəli münasibətim olub. Baxmayaraq ki, ona Naxçıvanda dərs demişəm. Tarix fakültəsini bitirib”. Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Post TV-də qonaq olduğu zaman deyib. “Dərs oxumurdu, çox zəif idi, amma sakit biri idi, tərbiyəli idi. İndiki həyat yoldaşı Sevil xanım da sinif nümayəndəsi idi, sonra evləndilər”, - deyə deputat əlavə edib. Həmin görüntüləri təqdim edirik: