"MƏNİ ÖLÜMÜN PƏNCƏSİNDƏN ALIN!" - 22 yaşlı gəncin ürəkparçalayan müraciəti + FOTOLAR
22 yaşlı gənc - Şamaxı rayon, Dağ Bağırlı kənd sakini Əbdürrəhmanov Cabbar Faiq oğlu "AzPolitika.info"ya ürəkparçalayan müraciət göndərib. Ömrünün cəmi iki on ilini yaşamış Cabbar nə iş istəmir, nə maddi təminat. Bu həyat dolu gəncimiz yaşamaq, var olmaq istəyir. Bilir ki, daşıdığı anadangəlmə ürək qüsuru insan ömrünü gözləmədiyi anda qıra, arzuları, ümidləri bir anda məhv ola bilər... Cabbar onu da bilir ki, bu xəstəliyin müalicəsi var, imkanı olan insanlar müalicə olunub sağalır, həyata davam