Elşən Xəzər İran agentidir? - İddialara cavab verdi
“Məni İran agenti kimi qələmə verənlərə, sadəcə, ayıb olsun. İndi biz İrana görə ibadət etməyək?” Sfera.az xəbər verir ki, bu sözləri açıqlamasında keçmiş meyxanaçı Elşən Xəzər sosial şəbəkələrdə onun haqqında “İran agenti” deyilməsi məsələsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, bu, yalandan başqa bir şey deyil: “Bəli, ibadət əhliyəm, əqidəm də şiədir. Əgər mənim “İran agenti” olmağımı bununla əsaslandırırlarsa, onda belə çıxır ki, ölkənin 80 faizi agentdir? Axı ölkədə şiə çoxluq təşkil