Azərbaycan könüllüləri Hatayda zəlzələdən zərərçəkənlərə xidmət edib - FOTOLAR
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər. Sfera.az -ın xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı