Bu rayona 62 sm qar yağdı - FAKTİKİ HAVA
Faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, fevralın 23-nə olan məlumatına əsasən Böyük Qafqazın bəzi ərazilərində arabir qar yağıb. Qax rayonunda intensiv olub. Qar örtüyünün hündürlüyü: Qaxda 62 sm, Ordubadda 24 sm, Şahdağda 8 sm, Lerikdə 7 sm, Xaltanda 4 sm, Qusar, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı: Qaxda 30.0 mm, Şahdağda 3.0 mm, Qubada 4.0 mm, Qəbələ, Zaqatala, Şəkidə 1.0 mm-dək olub.