Bəzi rayonlarda yağış yağıb, Gədəbəydə dolu düşüb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 9-na olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb. Bu barədə Sfera.az- a Xidmətdən məlumat verilib. Düşən yağıntının miqdarı Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm, Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlaxda 2.0 mm, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala,