Qızıl hədiyyə olunan müəllim bu tanınmış şəxsin anası imiş - Aktyor AÇIQLADI
"Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən: çox önyarqılı olmuşuq. O qulağına sırğa taxılan müəllimin videosunu gördüm. Bəlkə də bu yaşınadək müəllimin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə dörd il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, ona elə bir dəstə gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq, dünyanı vermiş olarıq". Sfera.az