Valideynlər bu adları seçməsin – Psixoloji fəsadlara səbəb ola bilər
Azərbaycanda ad seçimi uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bəzən valideynlərin övladlarına verdiyi adlar həmin şəxslərin sonradan narahatlıq keçirməsinə, hətta adlarını dəyişdirmək istəməsinə səbəb olur. Ədliyyə Nazirliyinin açıqladığı məlumata görə, vətəndaşların arzusu əsasında Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım və Samovar kimi adlar dəyişdirilib. Sfera.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev azxeber.com-a açıqlamasında deyib ki,