Saleh Bağırovun verilişi bağlandı
İTV-də Saleh Bağırovun dörd mövsümdür aparıcılığını etdiyi “Gəl, qonaq ol!” verilişi artıq yayımlanmayacaq. Sfera.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb. "Azərbaycan reallığında ev formatlı verilişlərin səviyyəsi bəllidir. Əminliklə deyirəm ki, biz ənənəvi stereotipləri darmadağın edib, yeni standartlar yaratdıq. Yüz ölçüb, bir biçdik. Haqq edənlərə yönəltdik kameralarımızı. Ziyalılar, alimlər, həkimlər, müəllimlər, milli qəhrəmanların ailələri, siyasətçilər,