Bu gecə qışın sərt dövrü - Kiçik çillə başlayır
Yanvarın 31-i gecəsi Böyük çillə öz yerini Kiçik çilləyə verəcək. Beləliklə, fevralın 1-dən etibarən qışın sərt dövrü - Kiçik çillə başlayacaq. Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi