"Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur" - Psixoloq
“Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki, tərbiyəsinə”. Bunu Sfera.az -a açıqlamasında klinik psixoloq Fuad Əsədov deyib. O qeyd edib ki, bu, yaxşı bir hal deyil: “Bu, o deməkdir ki, uşaq istəmədiyi bir həyata doğru itələnir, bəzən və bütün ömrü boyu sevmədiyi işlə məşğul olacaq. Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönələ bilər. Yeri gələndə, bu gün bir illik kurslarla çox peşəkar İT mütəxəssisi