Ötən il qanunsuz ova görə 140 nəfər saxlanılıb, 13-ü xaricidir
Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə 140 şəxs (o cümlədən 13 nəfər xarici vətəndaş) saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Bildirilib ki, maddi sübut kimi 106 ədəd ov silahı, 938 ədəd patron, qanunsuz ovlanmış 149 baş quş, 5 baş heyvan götürülmüş, hüquq-mühafizə orqanlarına 14, icra şöbələrinə 107 və məhkəmələrə 21 iş göndərilib. Balıq və digər su bioresurslarının qanunsuz ovu ilə