Xocalıya həsr edilmiş filmin təqdimatı dünya mediasında

Xocalıya həsr edilmiş filmin təqdimatı dünya mediasında
Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində "Xocalıya ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış "Endless Corridor” ("Sonsuz dəhliz”) adlı müstəqil sənədli filmin nümayişi və "Khojaly Witness of a war crime – Armenia in the Dock” ("Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.
"Qafqazinfo” xəbər verir ki, anım gecəsi haqqında məlumat dünyanın 231 qlobal saytında - informasiya, mədəniyyət və biznes xəbərlərində, o cümlədən 76 milyondan artıq gündəlik oxucu auditoriyasının izlədiyi Yahoo Finance, Dow Jones Marketwatch, ABŞ-ın ümummilli televiziya kanalı CNBC, Boston Globe, The Street, International Business Times, Almaniyadakı Der Tagesspiegel and Wallstreet:Online, Fransanın ADVFN, İsveçin Gartoft kimi nüfuzlu internet resursları tərəfindən yayılmışdır. Statistik nəticələrə görə, təqdimat haqqında informasiyanı 90 milyondan artıq internet istifadəçisi oxuyub.

OXŞAR XƏBƏRLƏR