Logo

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin

dəstəyilə həyata keçirilən növbəti layihə regionlarında yaşayan qadınlara öz bizneslərini qurmaq

üçün zəruri bilik və bacarıqlara yiyələnməkdə kömək edir.

"İnformasiya texnologiyaları vasitəsilə Salyan və Sabirabadda qadınların liderlik bacarığının

artırılması” layihəsinin əsas məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək,

bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların

liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Bu məqsədlə qadınlar üçün "Şəbəkələşmə”,

"Məşğulluq, peşə və əlavə gəlir”, "Karyera planlaması”, "Daxili motivasiya və hədəflərinə çatma”

və digər mövzularda seminar və vebinarlar təşkil olunub. Layihə çərçivəsində yaradılan

www.azqrm.net portalında bacarıqların artırılması ilə bağlı vebinarlar və fərdi inkişafla bağlı

digər faydalı məlumatlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə

gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.

Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının

İnkişaf Proqramı (BMTİP) tərəfindən yaradılmış Sabirabad Qadın Resurs Mərkəzinin nəzdində

yaradılan "Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin "Bakcell”in dəstəyi

ilə icra etdiyi layihə Sabirabadda 95, Salyanda isə 84-dən çox iştirakçını əhatə edib. Onlardan 6

nəfəri yaşadıqları rayonlarda şəxsi bizneslərinə başlamaq üçün ilk addımlarını atıblar.

Bakcell şirkəti özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində

qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR