Logo

"Televiziya radioya uduzmağa başlayıb"

"Televiziya radioya uduzmağa başlayıb"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Televiziya və radio rəqabətində ilk dəfədir ki, son illərdə televiziya radioya uduzmağa başlayıb. Televiziyanın sosial alternativləri çıxsa da, radionun hələlik alternativi yoxdur və radio istifadəçilərinin statistikası get-gedə artır”.

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında radiorabitənin yeni reqlamentinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu bildirib.

"Televiziya radioya uduzmağa başlayıb"

Deputat qeyd edib ki, rabitə standartlarının yenilənməsi radiorabitənin beynəlxalq aspektləri ilə yanaşı, radio tezliklərin idarə olunması, müdaxilələrin qarşısının alınması və peyk vasitəsilə əlaqələrin hüquqi keyfiyyətini təmin edir:

“Məsələnin bir də ölkə daxilində radioyayım tərəfi var. Bu gün ölkəmizdə avtomobillərin sayının artması nəticəsində radio əsas informasiya mənbəyinə çevrilib. İstər bölgələrə səyahət zamanı, istərsə də şəhərdaxili nəqliyyatda radionun keyfiyyəti və təsir imkanları yenidən qiymətləndirilməlidir. Biz radionu artıq sadəcə əyləncə vasitəsi kimi deyil, həm də ideoloji və təhlükəsizlik vasitəsi kimi dəyərləndirməliyik. Radionun imkanlarından milli, informasiya və ideoloji təhlükəsizliyimiz üçün maksimum bəhrələnməliyik”.

Hikmət Babaoğlu bölgələrdəki radioyayım problemlərinə və texniki qüsurlara diqqət çəkib:

“Məsələn, Bakıdan Qubaya qədər olan məsafədə avtomobillə hərəkət edərkən ən azı üç dəfə radio tezliyi dəyişir. Nə qədər məsafə var ki, burada vahid radio tezliyi ilə yayıma davam etmək mümkün olmur? Digər tərəfdən, mərkəzdən kənarlara doğru getdikcə başqa ölkələrin radio tezlikləri bizimkiləri üstələyir. Şimala doğru irəlilədikcə Rusiya və Dağıstan radioları hakim kəsilir, bizim tezliklər itir. Qərbə, Gürcüstan istiqamətinə getdikcə də analoji mənzərə yaranır. Əgər bunun texniki təchizatında problemlər varsa, çözülməlidir. Özümüzün peykimiz var və peyk vasitəsilə də bu tənzimləməni aparmaq mümkündür”.

Millət vəkili radio verilişlərinin məzmunu və kontenti məsələsinə də toxunub:

“Radio çox böyük auditoriyaya malikdir. Biz sual verməliyik: doğrudanmı radio sadəcə əyləncə vasitəsi olmalıdır? Bəlkə həm də hüquqi maarifləndirmə, ideoloji təbliğat vasitəsi və ya milli estetik zövqümüzü müəyyən edən musiqi konservatoriyası olmalıdır? Bu kontekstdə milli radio standartlarına cavab verən iki radionun adını çəkmək istəyirəm: “ASAN Radio” və “Yurd FM”. “ASAN Radio”da həm maarifləndirmə, həm əyləncə, həm də analitik təhlillər var. “Yurd FM” isə milli musiqimizin təbliğ olunması baxımından təqdirəlayiq fəaliyyət göstərir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR