Logo

Gəncədə idman avtomobillərinin yarışı və şousu keçiriləcək

Gəncədə idman avtomobillərinin yarışı və şousu keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF)  təşkilatçılığı ilə idman avtomobillərinin yarışı və şousu keçiriləcək. Heydər Əliyev Park Kompleksi ərazisində təşkil olunacaq tədbirdə 40-dan çox avtomobil – "Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edəcək.

Heydər Əliyev Mərkəzindən APA-ya bildirilib ki, tədbirdə tanınmış pilotlar – "Drift GP International” promouteri Nayl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fontiyn (Sebastian Fontijn), "Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), "Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və "Volkicar” pilotları iştirak edəcəklər.

Tədbirdə "Volkicar”, drift və idman avtomobillərinin yürüşü, "Volkicar”ların yarışı, "Volkicar” və sportkarla "burnout”, drift şouları təqdim olunacaq. Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçiriləcək, 20 fəal iştirakçı mükafatlandırılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR