Logo

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat edib

Rusiyada yaşayan azərbaycanlı aktyor vəfat edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov vəfat edib.

APA-nın chehov-vid.ru saytına istinadən verdiyi xəbərə görə, 41 yaşlı aktyor onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aktyorla vida məraismi bu gün Serpuxov Şəhər Musiqili Dram Teatrında keçiriləcək. Mərhum Bakıda dəfn olunacaq.

Ramil Əzimov 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru kimi səhnə həyatına başlayan R.Əzimov 2005-ci ildən Rusiyada fəaliyyət göstərirdi.

Ailəlidir, üç uşağı var.

Allah rəhmət eləsin.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR