Arif Babayevin səhhəti ilə bağlı son xəbər
Kateqoriya məlum deyil
Xalq artisti Arif Babayev Türkiyədən Bakıya dönüb.
Sfera.az xəbər verir ki, bu barədə APA TV-yə məşhur xanəndə özü məlumat verib.
O, Türkiyəyə bir həftə əvvəl səhhətində yaranmış problemlə bağlı gedib.
81 yaşlı Arif Babayev İstanbuldakı xəstəxanalardan birində ayağından əməliyyat olunub.






